AZ

Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu

Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı mütəmadi olaraq Azərbaycanla məsləhətləşmələr aparılır.

NOCOMMENT.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

O qeyd edib ki, hazırkı vəziyyətdə Azərbaycan və Ermənistan arasındakı münasibətlər Türkiyə ilə rəsmi İrəvan münasibətlərinə də təsir edir.

“Ona görə də son vəziyyətləri çox diqqətlə izləyir və Azərbaycan tərəfi ilə danışıqlar aparırıq. Bunu bildirək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ məsələsinin tamamilə həll olunması idi. Sonrakı proses Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi olmalı idi. Bundan sonra Ermənistanla sərhədlərin açılması və dogər məsələlər gündəmdə ola bilər”,- deyə Komitə sədri bildirib.

Seçilən
29
3
Mənbələr
Şərh ()
Bağla