AZ

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerci mahnısı ilə rəqs edib.

Daha sonra polislər səhnədə Dilan Polat kimi çıxış edən uşaqları aparıblar. Görüntülər qısa zamanda sosial mediada yayılıb və qalmaqala səbəb olub.

Müəllimlərin belə çıxışa icazə verməsindən əsəbiləşən vətəndaşlar "Belə müəllimlər məktəbdən qovulmalıdır" şərhini yazıblar.

Sözügedən kadrları təqdim edirik :

Qalmaqala

Seçilən
48
49
Mənbələr
Şərh ()
Bağla