AZ

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

ABŞ-da "McKinsey" konsaltinq şirkəti opioid epidemiyası ilə bağlı cinayət təhqiqatı altındadır. İstintaq onun əczaçılıq şirkətlərinə opioid analjeziklərinin aqressiv marketinqi ilə bağlı tövsiyələrinə əsaslanır. Əvvəllər "McKinsey" oxşar hallarda təxminən 1 milyard dollar məbləğində cərimə və kompensasiya ödəmişdi.

Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

ABŞ Ədliyyə Nazirliyi "McKinsey" konsaltinq şirkəti ilə bağlı cinayət işi aparır. "The Wall Street Journal" mənbələrinin sözlərinə görə, istintaq "McKinsey"nin opioid epidemiyasına səbəb olan opioid dərmanlarının satışını artırmaq üçün müxtəlif yollarla cəhd edən əczaçılıq şirkətlərinin cinayət sui-qəsdində iştirak edib-etmədiyini müəyyən etmək istəyir. 

"McKinsey" əvvəllər oxşar mülki iddianın mərkəzində olub. İndi bir neçə ildir ki, bu və ya digər formada davam edən cinayət istintaqı məlum olub. WSJ-ə görə, araşdırmanın bir hissəsi olaraq, müstəntiqlər şirkət işçilərinin opioid epidemiyası ilə bağlı əvvəlki araşdırmalara müdaxilə edib-etmədiyini, sənədləri gizlədib-gizlətmədiyini və s. araşdırır.

Məsləhətçi şirkətə qarşı əsas ittihamlar opioid dərman istehsalçılarına bu cür analjezikləri istehlakçılara aqressiv şəkildə təbliğ edən, onların təhlükəsizliyini vurğulayan və yan təsirlərini azaltan marketinq kampaniyaları hazırlamağa kömək etməsidir. WSJ-nin məlumatına görə, "McKinsey" əməkdaşları həmçinin əczaçılıq şirkətlərinə öz dərmanlarını tibb işçiləri arasında daha fəal şəkildə təbliğ etməyi tövsiyə ediblər.

Opioidlər – güclü analgetiklər kimi istifadə edilən dərman preparatlarıdır. Onların orqanizmə təsiri opiumun təsirinə bərabərdir. Yaranmış vəziyyətin səbəbi ondadır ki, ABŞ-da həkimlərin, çox vaxt zəruri tibbi göstəriş olmadan da, arzu edən hər kəsə opioid ağrıkəsici üçün resept yazmaq hüququ vardır. Pasiyentlərin əksəriyyəti üçün bu, opioid asılılığına doğru ilk addım olur.

ABŞ-da dərman vasitələrindən sui-istifadə halları marixuanadan və alkoqoldan sonra üçüncü yerdədir. Son məlumatlara görə, ABŞ-da narkotiklərin və dərman vasitələrinin doza artıqlığından il ərzində 47 mindən nəfərdən çox ölən olur. Müqayisə üçün deyək ki, yol-nəqliyyat qəzalarında ölənlərin sayı bunun yarısı qədərdir. Vəziyyəti pisləşdirən odur ki, heroin asılılığı olanların 80 faizi əvvəllər reseptlərlə verilən tibbi preparatlardan asılı olanlardır. Əgər 1991-ci ildə opioidlər üçün 76 milyon resept yazılıbdısa, 2011-ci ildə bunların sayı 3 dəfə artaraq 219 milyona çatıb. Bəzi ştatlarda ağrıkəsicilər üçün yazılan reseptlərin sayı həmin ştatların yerli sakinlərinin sayından çox olub.

Bir çox ölkələrdə opioid preparatlarının dövriyyəsi ciddi şəkildə məhdudlaşdırılıb və yalnız təcili yardım üçün (ağır zədələnmələr, yanıqlar, cərrahiyyə əməliyyatları zamanı) istifadə edilir. ABŞ-da isə son illər belə preparatları istənilən ağrılar zamanı yaşlı sakinlər asanlıqla əldə edə bilir. Bu, opioidlərdən asılılığın çox ağır epidemiyasına səbəb olub.

Tibb elminin yüksək inkişaf etdiyi ölkədə belə vəziyyətin yaranmasına səbəb nədir? Ekspertlər hesab edirlər ki, opium epidemiyasının günahkarı istehsalçı-əczaçı-həkim zənciridir. Həmin zəncirin heç bir həlqəsi özünün götürdüyü gəlirdən imtina etmək istəmir. 2006-2015-ci illərdə opioid istehsalçılarının lobbiçiləri silah istehsalçılarının lobbiçilərindən 8 dəfə, narkotiklər üzərində nəzarətin sərtləşdirilməsi tərəfdarlarından isə 200 dəfə çox vəsait xərcləyiblər.

Paşa Məmmədli
 

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla