AZ

"Gürcüstan tezliklə Avropa İttifaqına üzv olacaq" - Kobaxidze

Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Macarıstanda səfərdə olan baş nazir bildirib ki, Avropa İttifaqına daxil olmaq gürcü xalqının əsas xarici siyasət prioritetidir: "Mən əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq və biz birlikdə Avropa İttifaqının möhkəmlənməsinə, davamlı dəyərlərə əsaslanan Avropanın qurulmasına mühüm töhfə verə biləcəyik". 

Ağarza Elçinoğlu 

Seçilən
33
34
Mənbələr
Şərh ()
Bağla