AZ

Azərbaycanda nərə balığı və kürü istehsalı ilə bağlı vəziyyət necədir? – Araşdırma

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 103.1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə  36.9 kq və ya 26.4%  azalıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadla bildirib ki, ötən ilin eyni dövründə  Azərbaycanda 140 kq qara kürü istehsal edilib.
Azərbaycanda soyuq delikates kimi istehlak edilən premium məhsul – qara kürünün istehsalı 2023-cü ildə yarım tona çatmaqla son illərin ən yüksək göstəricinə nail olub. Ölkəyə bunun ixracına görə 487 min dollar valyuta daxil olub.

2023-cü ildə ölkə ərazisində 529.6 kq nərə balığının kürüsü istehsal edilib və bu illik müqayisədə 140.8 kq və ya 36 faiz çoxdur. 2022-ci ildə bu məhsuldan 388.8 kq istehsal edilmişdi. Qara kürünün demək olar ki 99%-i əmtəəlik olub.

Eyni zamanda Azərbaycan 2023-cü ilin 11 ayında xaricə 530 kq-a yaxın qara kürü ixrac edib. İxrac edilən qara kürünün 170 kq-ı ABŞ-yə ($123.7 min), 170 kq-ı Rusiyaya ($109 min), 100 kq-ı BƏƏ-yə ($104.4 min), 20 kq-ı Sinqapura ($29.3 min) 70 kq-ı digər ölkələrə ($120.6 min) satıb.
İxrac edilmiş 1 kq nərə balığı kürüsünün dəyəri 919 ABŞ dolları və ya indiki məzənnə ilə 1 562 manat təşkil edib.


Bununla belə Çindən 6 050 ton həcmində ($1 815.6 min) nərə balığının kürüsü idxal edilib. 
Hazırda ölkədə nərə balığının yetişdirilməsi, artırılması və qara kürü istehsalı üzrə ixtisaslaşmış ən böyük şirkət “Azərbaijan Fish Farm” məşqul olur. 
Niderlandın tanınmış şirkətlərindən biri tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemini və qurğularını özündə birləşdirir. Balıq saxlanılması, artırılması və yetişdirilməsi üçün 34 nohurun ümumi sahəsi 34 hektardır.
Təsərrüfatda il ərzində 10 ton nərə cinsli balıq kürüsü, 200 ton nərə cinsli balıq əti, 100 ton əmtəəlik çəkikimi balıqların istehsal edilməsi nəzərdə tutulur. Nərəcinsli balıqların faktiki istehsalı 65 ton, kürü məhsulu isə 1,327 ton təşkil edir.
Qeyd edək ki, Azərbaycan Türkmənistana nərə balığı ixrac etməyə başlayıb. Ölkədə nərə balığı ovlanması qadağandır. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla