Britaniya kralı III Çarlz qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib. Kral sözçüsü Ruanda Planının Kral III Çarlzın təsdiqi ilə qanuna çevrildiyini təsdiqləyib. Ölkədən qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyasını nəzərdə tutan qanun layihəsi İcmalar Palatası ilə Lordlar Palatası arasında bir neçə dəfə gedib-gəldikdən sonra aprelin 23-də parlament tərəfindən qəbul edilib. Baş nazir Rishi Sunak qeyri-qanuni mühacirləri Ruandaya deportasiya edəcək təyyarələrin 10-12 həftə ərzində havaya qalxacağını açıqlayıb. İngiltərə hökuməti 2022-ci ilin aprel ayında hazırlanan “Ruanda Planı” çərçivəsində qeyri-qanuni mühacirləri və ölkəyə qeyri-qanuni yollarla daxil olub sığınacaq istəyənləri Ruandaya göndərmək məqsədini açıqlamışdı. Əfsanə Rəcəb
Manşet.az