AZ

"Neftçi"nin işi Allaha qalıb, onu söküb yenidən qurmaq lazımdır” - VİDEO

"Neftçi"nin işi Allaha qalıb. Onu söküb yenidən qurmaq lazımdır”.

Bu fikirlər telejurnalist Ceyhun Rzayevə məxsusdur.

O, aparıcısı olduğu ATV kanalının “Futbolumuz” verlişində paytaxt təmsilçisinin qeyri-sabit mövsüm keçirməsinin səbəblərindən danışıb.

Bilidirib ki, klub uğursuz transfer siyasəti həyata keçirib.

Rzayev yalnız futbolçu bazarında aparılan yarıtmaz fəaliyyət üzərində dayanmayıb, habelə baş məşqçilərin də hədəflərə uyğun gəlmədiyini qeyd edib.

Aparıcı söyləyib ki, Miodraq Bojoviç sıradan çalışdırıcıdır və onunla uğurlu nəticələr qazanmaq qeyri-mümkündür.

Tanınmış televiziya adamı onu da vurğulayıb ki, “Neftçi”nin nicatı yayda köklü və hərtərəfli islahatların aparılmasındadır..

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla