AZ

Filippində həddindən artıq istilər 6 nəfərin həyatına son qoyub


Filippin Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə həddindən artıq istilərlə bağlı səhhətində problemlər yarandığı üçün xəstəxanaya yerləşdirilən 34 nəfərdən 6-sı dünyasını dəyişib.

7NEWS.az xəbər verir ki, Filippində ilin əvvəlindən bəri davam edən həddindən artıq istilər 6 nəfərin ölümünə səbəb olub. Filippin Səhiyyə Departamentinin (DOH) verdiyi açıqlamada yanvarın 1-dən aprelin 18-i arasında 34 nəfərin həddindən artıq istilərlə bağlı səhhətlərində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirildiyi və onlardan 6-nın həyatını itirdiyi bildirilib. Bildirilib ki, DOH-nin Müşahidə və Cavab Sistemində qeydə alınan 34 hadisə ölkənin Visayas, İlokos və Soccsksargen bölgələrindən qeydə alınıb.

7NEWS.az
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla