AZ

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

AFFA-da davam edən maliyyə yoxlamaları klublara da təsirini göstərib. Belə ki, assosiasiya vasitəsi ilə çempionat iştirakçılarına ödənilən maliyyə yardımı növbəti dəfə yubanır.

Maraqlıdır ki, problemlər yeni rəhbərliyin gəlişindən sonra daha da çoxalıb. Əvvəllər vəsait klubların hesabına vaxtında və ya 1-2 günlük gecikmə ilə köçürdüsə, indi həftələri sayırlar. Öz sponsoru olan klublarda vəziyyət nisbətən yaxşıdır, amma sırf yardımdan asılı olanlar çıxılmaz duruma düşüb.

Bir çox ödəmələr yubanır, futbolçuların maaşları, otel və nəqlyyat xərcləri ilə bağlı borclar üst-üstə yığılıb. Hətta bəzi komandalar növbəti turun oyununa hazırlığı istədiyi kimi qura bilmir. Və hamıya da AFFA-dan eyni cavab verilir: SOCAR ödəniş etməyib!

Öz sponsoru olan klublar qısmən yaxşı vəziyyətdə görünsə də, eyni əziyyəti çəkirlər. Çünki dövlət yardımı ayrılarkən bəzi xərclərin məhz həmin vəsaitdən istifadə edilməsi şərt qoyulub. Ona görə də klublar büdcələrindəki pulu da xərcləyə bilmir. Çünki sonra AFFA-ya yardımla bağlı hesabat verərkən problem yaşaya bilərlər.

Bizdə olan bilgiyə görə, gecikmələr AFFA-dakı yoxlamalarla bağlıdır. Araşdırma davam etdiyindən, büdcədən çıxmalı olan vəsait dondurulub. Əvvəlki rəhbərliyin günahlarını ifşa etmək yaxşı təşəbbüsdür, lakin işi elə qurmaq lazımdır ki, bundan klublar əziyyət çəkməsin.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla