AZ

55 saat 24 saniyə bunu edərək REKORD QIRDI – İnanılmaz nəticə

Nigeriyada Klara Çizoba Kronborq adlı qadın 55 saat 24 saniyəlik müsahibə apalaraq Ginnesin Rekordlar kitabına düşüb.

Yenisabah.az bildirir ki, Ginnesin Rekordlar Kitabının verdiyi açıqlamaya görə, Kronborq müsahinbəni "YouTube" hesabında yerləşdirib. O bu performansı ilə dünyanın "ən uzun müsahibə" rekordunu qırıb.

"YouTube"-da tok-şou hazırlayan Kronborq müxtəlif ölkələrdən siyasətçilər, iş adamları, kontent prodüserləri, aktyorlar, daşınmaz əmlak agentləri və bir çox başqa peşələrdən olan 90 nəfərdən müsahibə götürüb.

Müsahibələrdə hər bir qonağın öz sahəsində necə uğur qazanması diqqət mərkəzində olub.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla