AZ

Argentina İranın daxili işlər nazirini interpola verdi


Argentina 1994-cü ildə 85 nəfərin öldüyü Yəhudi Mədəniyyət Mərkəzində törədilən qətliamdan məsul olduğu iddia edilən İranın daxili işlər naziri Vahidi barəsində qırmızı xəbərdarlıq edib və onun həbs olunmasını istəyib.

7NEWS.az xəbər verir ki, Argentina Xarici İşlər Nazirliyi Pakistan və Şri-Lankada səfərdə olan İran nümayəndə heyətinin tərkibində olan daxili işlər naziri Əhməd Vahidinin saxlanılması üçün İnterpola müraciət edib. Vaihidi 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinin (AMİA) qətliamına görə məsuliyyət daşımaqda ittiham olunur.

7NEWS.az
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla