AZ

"Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" adlı konfrans keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Azərbaycanda "Sahibkarlar Günü" münasibətlə İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Gülüstan" sarayında "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov video-müraciət edərək tədbir iştirakçılarını salamlayıb. Nazir sahibkarları işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında biznes qurmağa dəvət edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev iştirak edirlər.

Ləman Sərraf

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla