AZ

“Tarixi gələcək nəsillərə düzgün şəkildə çatdırmaq hər birimizin borcudur” - TARİXÇİ DANIŞDI

“Azərbaycan öz ərazi bütövlüyünü ikinci Qarabağ müharibəsi ilə bərpa edib. Beləliklə Azərbaycan tarixində köklü dəyişikliklər baş vermiş, tarixi qələbə qazanmışıq. Bu Azərbaycan tarixində qazanılan ilk qələbə kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

Ü.Məmmədzadə bildirib ki, Azərbaycan ilk dəfə idi ki, öz ərazilərini işğaldan azad edib, suverenliyini bərpa etdi: “Sözsüz ki, bu dövr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir tarix oldu. Bu böyük qalibiyyəti, qələbəni şəhidlərimizin qanı, qazilərimizin canı, bütövlükdə rəşadətli ordumuz sayəsində əldə etdik. Hər nizam-intizamlı ordunun başında isə mütləq şəkildə işinin peşəkarı lider dayanır. Dövlət başçısı İlham Əliyevin başçılığı, uzaqgörən siyasəti bizi uğura apardı.

Sözsüz ki, tarixçi olaraq da bizim vəzifəmiz tarixi zəfəri gələcək nəsillərə ən düzgün şəkildə çatdırmaqdır. Qələbədən öncə təəssüflər olsun ki, gənclərə işğal tarixlərini öyrədirdik. Bu gün isə qürurla və alnıaçıq bir şəkildə gənclərə zəfər tariximizi öyrədirik. Bu gün həm məktəb, həm də universitet səviyyəsində tarix fənni tədris olunur və həmin tədris olunan kitablarda bizim tarixi qələbəmizdən bəhs edilir.

Tarixi qələbəmizə həsr olunmuş bir sıra tarixi kitablar çapdan çıxıb. Nəinki biz müəllimlər, tarixi gələcək nəsillərə düzgün şəkildə çatdırmaq hər birimizin borcudur”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla