AZ

Vəkillər Kollegiyasının sədri: "Azərbaycanda hüquq təhsilinin vəziyyəti bizi qane etmir"

"Bu gün ölkədə hüquq təhsilinin vəziyyəti bizi tam da qane etmir. Apardığımız müşahidə və təhlillər onu göstərir ki, hüquq fakültələrində təhsilin səviyyəsi ürəkaçan deyil".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun fikrincə, bu sahədə dönüş olmalıdır: "Ölkədə fəaliyyət hüquq fakültələrində elmi-pedaqoji heyət yenilənməlidir. Təcrübəli hüquqşünasların elmi-pedaqoji fəaliyyətlə məşğul olması üçün müəyyən motivasiya tədbirləri görülməlidir. Keyfiyyətli təhsil olmadan gələcəkdə hüquqşünas kadrların lazımi səviyyədə hazırlanması barədə danışa bilmərik".

Sədr bildirib ki, ölkəmizdə hüquqşünas kadrların sayının artırılmasına ehtiyac var: "Bu gün hüquqşünasların sayına görə Azərbaycan regionda xeyli geridədir. Qonşu ölkələrdə hüquqşünas məzunların sayı bir neçə dəfə Azərbaycandan çoxdur. Bu, hüquq fakültələrinin sayının və ixtisas üzrə plan yerlərinin az olması ilə bağlıdır. Hesab edirəm ki, hüquq fakültəsinə qəbul üçün plan yerlərinin sayı artmalıdır. Nəinki Bakıda, o cümlədən bölgələrdə də hüquq fakültələri yaradılmalıdır. Çünki bu gün yalnız Bakıda və Naxçıvan Dövlət Universitetində hüquq fakültələri var. Respublikanın digər bölgələrində hüquq fakültəsi yoxdur. Yaxşı olar ki, Gəncə Dövlət Universitetində, Xankəndində fəaliyyətə başlayacaq "Qarabağ" Universitetində, Sumqayıt Dövlət Universitetində də hüquq fakültələri fəaliyyət göstərsin. Vəkillər Kollegiyası olaraq biz regionalarda keyfiyyətli hüquqşünas kadrların yetişdirilməsini arzulayırıq".

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla