AZ

“Kalaşnikov” yüksək dəqiqlikli silahların istehsalı üçün yeni obyekt açacaq

“Kalaşnikov” konserni müxtəlif idarə olunan silahlar üçün hissələrin istehsalı ilə bağlı yeni sahənin işə salınmasının hazırlıqlarına başlayıb.

Herbiand.az Konsernin mətbuat xidmətinə istinadən bildirir ki, sahəsi 2300 kv/m olan yerin tamamlanması çərçivəsində müxtəlif dəzgahlar və avadanlıqlar alınıb. Emal bölməsi gecə-gündüz işləyə biləcək.

Konserndən bildirilib ki, yeni obyektin tikintisi sayəsində zavodda 120 əlavə iş yeri yaradılıb.

Bu, 2024-cü ildə yüksək dəqiqlikli istehsalda istifadəyə verilmiş ikinci obyektdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla