AZ

Dövlət İmtahan Mərkəzi “2000 test tapşırığı” toplusunu nəşr edib

Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün faydalı olacaq “2000 test tapşırığı” toplusu test imtahanı mərhələsində yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan proqramları əsasında hazırlanmış açıq və qapalı formalı tapşırıqlardan ibarətdir. Topluya Azərbaycan dili üzrə 300, qanunvericilik üzrə 800, informasiya texnologiyaları üzrə 300, məntiqi təfəkkürün yoxlanılması üzrə 600 test tapşırığı daxildir. Topluda, həmçinin tapşırıqların düzgün cavabları da verilib.

 

AzEdu.az xəbər verir ki, test toplusunu kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla