AZ

Premyer Liqada çıxış edən hücumçunu Türkiyəyə apardılar və...

"Qəbələ"nin futbolçusu Ülvi İsgəndərov əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə Türkiyənin İstanbul şəhərində gerçəkləşib.

Əməliyyatın uğurlu keçdiyi vurğulanıb. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Ü.İsgəndərov son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla