Bakı, 25 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəd olmasını nəzərə alaraq burada sahibkarlar kənd təsərrüfatı sahəsinə maraq göstərirlər, kənd təsərrüfatına investisiya yatırmaq istəyirlər.
AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov "Sahibkarlar Günü"nə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, xüsusilə son dönəmdə yaşıl enerji sahəsində xarici sahibkarlar tərəfindən yatırım gözlənilir.