AZ

Avropa imperalizmi beynəlxalq hüquqa qarşı

Bu gün Avropa Birliyinin parlamentində Gürcüstana qarşı qətnamə qəbul oluna bilər.Avroparlament qət etmək istəyir ki, Gürcüstanda müzakirə olunan "Xarici təsir agentlləri haqqında"- adı dəyişdirilib, məzmun eynidir- qanunun lehinə səs verəcək deputatlara sanksiya tətbiq edilməlidir.

Bu qanunun məğzi nədir?

Əvvəla bu qanun ABŞ təcrübəsidir, başqa ölkələrdə də mövcuddur.Yəqin ki yaxın illərdə ABölkələrində də qəbul olunacaq.Zurnanın dəliyindən möhkəm səs çıxan məqam budur ki, Qərb öz təcrübəsinin başqa ölkələrdə tətbiqini istəmir.Əks halda, niyə ABŞ-da az qala 1 əsrdir qüvvədə olan qanunu ləğv etmədiyi üçün ABŞ parlamentinin ən azı bir palatasının üzvlərinə sanksiya tətbiq etməyi ağlından keçirmir?

İkincisi, bu cür qanunların anti-demokratik, mürtəce olması barədə iddiaların hüquq baxımından heç bir əsası yoxdur.Tam əksinə həm ictimai mənafeləri qoruması, həm də hüququn universal prinsiplərinə uyğunluğu baxımdan olduqca zəruridir.

Üçüncüsü, bu cür qanunlar cəmiyyətlərdə şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Qanun onu nəzərdə tutur ki, əgər vətəndaş A.A ictimai-siyasi fəaliyyətlə məşğul olursa, ictimai rəyin formalaşmasında iştirak edirsə vəxarici maliyyə qaynaqları varsa, bu zaman xaricdən aldığı vəsait barədə dövlət qurumlarına məlumat verməli, xüsusi reyestrdə təsir agenti kimi qeydiyyata düşməlidir.

Bu nə deməkdir?

Cəmil Həsənli NED-in açıq məlumatlarına görə, həmin beynəlxalq təşkilatdan vəsait alıb və Azərbaycanda Milli Şura adlandırılan bir siyasi qrupun rəhbəridir. Əgər bizdə belə bir qanun olsaydı, Cəmil Həsənli xarici təsir agentli kimi reyestrə salınmalı idi və məhz oradakı məlumatlar hesabına cəmiyyət bilməli idi ki, onun ictimai-siyasi çıxışlarına xarici maliyyənin təsiri var. Bu da ona görə lazımdır ki, cəmiyyətə və dövlətə xarici pullar hesabına danışanlar təzyiq göstərə bilməsin.

Xarici maliyyə bu gün Gürcüstanın dövlət müstəqilliyi üçün təhlükəyə çevrilib.Media, QHT və siyasət sektorlarıda xaricdənmaliyyələşənlər əsas gücdür və onlar son nəticədə bağlı olduqları mərkəzlərə xidmət edirlər. İndi qonşu Gürcüstan bu təhlükəni dəf etmək, öz cəmiyyətini xarici təsir agentlərindən qurtarmaq istəyir.

Bu istək qarşılığında Avropa parlamenti qət etmək istəyir ki, Gürcüstanın qanun layihəsinə səs verəcək deputatlarına sanksiya tətbiq edilməlidir.

Belə bir qətnamə ilk növbədə xalqların öz müqəddəratını təyin etmə haqqına ziddir. Bir çoxları elə bilir ki, xalqların öz müqəddəratını təyin etməsi sadəcə müstəqilliyin elan olunması zamanı üçündür, istiqlal əldə olunduqdan sonra arxivdə qalır. Qətiyyən belə deyil! Xalqların birbaşa və təmsilçiləri vasitəsi ilə öz müqəddəratı ilə bağlı verdiyi istənilən qərar bu haqq çərçivəsindədir.
Beynəlxalq hüquqda digər önəmli bir prinsip dövlətlərin daxili işlərinə qarışmamaqla bağlıdır. Heç bir dövlətin, dövlətlər birliyinin və ya beynəlxalq təşkilatın başqa bir dövlətin daxili işlərinə qarışmaq səlahiyəti yoxdur. Bura Avropa Birliyi də daxildir.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla