AZ

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.

 

Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun “Loryen”lə matçında (4:1) Mbappe qol vurub və məhsuldar ötürmə edib.

 

Beləliklə, fransalı hücumçu cari mövsümdə bütün yarışlarda 43-cü qolunu vuraraq, bu göstərici üzrə rekorda imza atıb.

 

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Hücumçunun klubla müqaviləsi bu ilə qədər idi. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir. Bu mövsüm Mbappe bütün turnirlərdə 43 matçda iştirak edib, 43 qol vurub, 10 məhsuldar ötürmə edib.

 

Fatimə Lətif

Seçilən
9
4
Mənbələr
Şərh ()
Bağla