AZ

Ukraynaya 100-dən çox ATACMS raketi verilib - “The New York Times”

Ukrayna gizli şəkildə çatdırılan 100-dən çox ATACMS raketi alıb.

Herbiand.az xəbər verir ki, bu barədə “The New York Times”ın müşahidəçiləri öz mənbələrinə istinadən bildirirlər.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri artıq Rusiyaya qarşı hərbi əməliyyatlar zamanı bu raketlərdən istifadə edə bilib.

“Yüksəkçinli amerikalı məmurun sözlərinə görə, prezident Bayden fevralın ortalarında 100-dən çox uzaqmənzilli raket, eləcə də daha çox kasetli sursat göndərilməsi barədə qərarı gizli şəkildə təsdiqləyib”, - qəzetdən bildirilib.

Məlumata görə, Ukrayna hakimiyyəti bu silahların alınması və istifadəsi ilə bağlı məlumatı qəsdən açıqlamayıb. Ehtimal ki, onlardan qəfil istifadə etmək üçün məlumatı gizli saxlamağa çalışıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla