AZ

Polat cütlüyü hakim qarşısında: Dilan qızını görən kimi ağlamağa başladı - FOTO

Ötən ilin noyabr ayında saxlanılan Dilan və Engin Polat cütlüyü məhkəmə qarşısına çıxarılan zaman duyğusal anlar yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Banu Parlağın gözəllik mərkəzlərinin atəşə tutulması ilə bağlı cinayət işində mühakimə olunan Dilan Polat, Engin Polat və Sezgin Polat məhkəmə binasına gəlib.

Məhkəmə zalında göz yaşı tökən Dilan Polat qızına toxunmaq istəsə də, hakim buna icazə verməyib.

Polat uzun müddətdən sonra gördüyü əri Engin Polatın da əlindən tutub.

Məlumata görə, Dilan və Engin Polatın qızı Nilda Polat və Engin Polatın bacısı Kübra Uzun məhkəmədə izləyici olaraq iştirak edib.

Zalda tərəflərin vəkilləri olub. Engin Polat şəxsiyyəti müəyyənləşdirilərkən peşəsi ilə bağlı suala “Sərbəst işçi” cavabını verib.

Məhkəmə hakimi bunun necə iş olduğunu soruşduqda, Polat "Mənim kosmetika firmalarım var" cavabını verib. Engin Polat aylıq gəliri ilə bağlı suala isə 200 min lirə aylıq gəliri olduğunu bildirib. Dilan Polat da aylıq gəliri ilə bağlı suala “200 min lirə” cavabı verib.

Engin Polatın şəxsiyyəti müəyyən edildikdən sonra Dilan Polat məhkəmə zalına gətirilib. İclasda iştirak edən Dilan Polatın ağ köynək üzərində qara kostyum geyindiyi görüntülənib.

Dilan Polat zala daxil olaraq Engin Polatla göz təması quran kimi göz yaşlarına boğulub. Bir araya gəldikləri an cütlük əl-ələ tutub. Dilan Polat Engin Polatın əlindən öpüb və bir neçə dəqiqə sonra Dilan Polat stulda əyləşdirilib. Dilan Polat qızı Nildaya toxunmaq istəyib və "qızım, səni çox sevirəm" deyib. Hakim isə toxunmağa icazə verməyib və təmasın qadağan olduğunu deyib.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla