“Sabah” çətin Tovuz səfərində “Kəpəz”i 2:1 hesabı ilə məğlub etməyi bacardı.
“Tələbələr”in kapitanı Elvin Camalov Sportinfo.az-a müsahibə verib.
- Son 2 oyunda 6 xal qazanmağı bacararaq təhlükəli zonadan qurtuldunuz. Çətin günlərin arxada qaldığını demək olar?
- Hələ heç nə həll olunmayıb. Oyunların necə çətin keçdiyini və hansı nəticələrin qeydə alındığını görürsünüz. Sözsüz, 2 oyunda 6 xal xoş haldır. Amma buna baxıb arxayınlaşmamalıyıq. Hər an hər şey dəyişə bilər. Fikrimcə, bütün komandaları çətin və həlledici dönəm gözləyir.
- “Sabah”ı mövsümün yekununda neçənci pillədə təsəvvür edirsən?
- Hər zaman maksimuma köklənirik. “Qarabağ” çempionluğu təmin etdiyindən, məqsədimiz mövsümü gümüş medallarla başa vurmaqdır. Bunu sözlə deməklə olmur. Çalışmaq, layiq olduğumuzu göstərmək lazımdır.
- “Zirə” buna imkan verəcək?
- Komandalar arasında gərgin mübarizə gedir. 5-6 komandanın medal şansı var. İndidən dəqiq söz demək çətindir. Yekunda kimin hansı pillədə yer aldığını görəcəyik.
HƏBİB