AZ

“Azərbaycan daha bir xoşməramlı jest edərək...”

Ermənistan Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı vaxtında nümayiş etdirdiyi xoşməramlı siyasətə adekvat olaraq Azərbaycan tərəfi də Ermənistanın Şərqi Avropanın bu COP29-a Rəyasət Heyəti üzvlüyü ilə bağlı mövqeyini dəstəkləmişdir.

Bu fikirləri Herbiand.az-a politoloq Taleh Əliyev bildirib. O, həmçinin  qeyd edib ki, forumda  onların iştirak etməsi üçün sülhlə bağlı ilkin razılığın əldə edilməsi vacib nüansdır:

“Azərbaycanda keçiriləcək COP29-a Ermənistanın da yüksək səviyyədə dəvət olunması isə heç şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin daha da inkişaf etdirilməsinin fonunda mümkün ola bilər. Son günlər rəsmi İrəvan və Bakı arasında Qazaxın dörd kəndinin işğaldan danışıqlar vasitəsilə azad edilməsi istiqamətində çox ciddi addımlar atıldığını nəzərə alsaq ehtimal var ki, Azərbaycan daha bir xoşməramlı jest edərək Ermənistan hakimiyyətini də COP29-a dəvət etsin”.

Politoloq hesab edir ki, əvvəlcə  Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ən azından sülh müqaviləsinin  baza prinsipləri istiqamətində ciddi irəliləyişin əldə edilməsi, razılığın olması lazımdır. Bundan sonra biz Ermənistan tərəfindən COP29-da erməni rəsmilərinin də iştirakının şahidi ola bilərik.

Emin ŞİRVANZADƏ

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla