AZ

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziyyətdən əziyyət çəkənlərin sayı 282 milyon nəfərə çatıb.

 

Sfera.az xəbər verir ki, bu rəqəm 2022-ci illə müqayisədə 24 milyon artım deməkdir. Qida Təhlükəsizliyi İnformasiya Şəbəkəsi tərəfindən hazırlanan qida böhranlarına dair son qlobal hesabata görə, bu il üçün gözlənti vəziyyətin daha da pisləşəcəyi ilə bağlıdır.

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş hesabatın girişində deyib: “Bolluq dünyasında aclıqdan ölən uşaqlar var. Maliyyələşdirmə ehtiyaclara qeyri-mütənasibdir. Xüsusilə yardımın paylanması xərcləri artdıqca, ölkələr davamlılıq üçün mövcud resursları artırmalıdırlar".

 

Təxminən 300 milyona yaxın insan 2023-cü ildə müharibələr, iqlim xaosu və yaşayış böhranı səbəbindən ciddi ərzaq çatışmazlığı ilə üzləşib.

 

Bununla da beşinci ildir ki, kəskin qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb.

 

İnci

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla