AZ

Klub rəhbərliyi və baş məşqçi arasında fikir ayrılığı

“Barselona”da icarə əsasında çıxış edən Joao Kanselo və Joao Feliks komandadan ayrıla bilərlər.

Futbolpress.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu klub rəhbərliyi istəyir.

Belə ki, müqavilə əsasında "Mançester Siti"yə məxsus olan Kanselo və "Atletiko"nun üzvü Feliks Kataloniya təmsilçisində yollarına davam etmək niyyətindədirlər.

Lakin klub rəhbərliyi onların çıxışından razı deyil. Həmçinin bir neçə müddət əvvəl katalonların baş məşqçisi Xavi adıçəkilən futbolçuların komandada qalmalarına razı olduğunu bildirmişdi.

Qeyd olunur ki, son qərar yaxın vaxtlarda veriləcək.
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla