AZ

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Azərbaycanı

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycanın yeniyetmə taekvondoçuları Estoniyanın paytaxtı Tallində keçiriləcək Prezident Kubokunda iştirak edəcəklər.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirilib ki, yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərov turnirdə Əli Həsənzadə, Zeynəb Səfərəliyeva, Rüqəyya Əliyeva (hər üçü 33 kiloqram), Hüseyn Abbaslı, Anar Abdullazadə, Fatimə Zeynalova, Ləman Manafova, Fatimə İbişova (hamısı 37 kiloqram), Murad Canaliyev, Səid Feyzullayev, Rasif Hacıyev, Məryəm Cəfərova, İnci Muradova (hamısı 41 kiloqram), Gülay Əliyeva (44 kiloqram), Novruz Əliyev (45 kiloqram), Gülnar Rəsulzadə (47 kiloqram), Amirabbas Fazlişahqoli, Ayxan Əhmədli (hər ikisi 49 kiloqram), Çingiz Həsənov (53 kiloqram), Türkan Yuniszadə (55 kiloqram), Gülnaz Abdullayeva (+59 kiloqram) və Sərxan Talıbzadəyə (65 kiloqram) şans verəcək.

Komandaya Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin üzvü Anar Surxayzadə rəhbərlik edəcək.

Qeyd edək ki, yarış aprelin 26-28-də keçiriləcək.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla