AZ

Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır – Hansı sahələr inkişaf edəcək?

 “Qırğızıstan və Azərbaycan arasında olan iqtisadi münasibətlər sürətli şəkildə artım dinamikası ilə davam edir”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Eldəniz Əmirov Azərbaycan və Qırğızıstanın iqtisadi tərəfdaşlığı haqqında danışarkən deyib.

Eldəniz Əmirov bildirib ki, Qırğızıstanın Avropa İqtisadi İttifaqının tərkibində olması Azərbaycanla münasibətlərinə hər hansısa bir mənfi təsir göstərmir:

“Bir mənalı olaraq qeyd edə bilərik ki, bunu statistik rəqəmlər və mövcud münasibətlər də təsdiq edir”. 

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzalanan saziş haqqında da danışan iqtisadçı bildirib ki, Qırğıstanla ikiqat vergitutmanın ləğv edilməsi ilə bağlı bağlanan müqavilə Azərbaycanın 58-ci müqaviləsidir:

 Bundan əvvəl isə 57-ci ölkə Türkiyə idi. İkiqat vergi tutmanın aradan qaldırılması ölkələr arasında investisiya mühitini yaxşılaşdırır. Eyni zamanda ölkələr arasında texnoloji prosesləri sürətləndirir. Ən vacibi isə bir ölkənin rezidentinin digər ölkədəki fəaliyyətini yaxşılaşdırır. Bu isə həmin sazişin praktik olaraq daha əhəmiyyətli hissəsidir”. 

Davud

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla