AZ

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.

 

Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən axtarılan Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.

 

Modellik karyerasını bitirdikdən sonra ailəsinə maddi dəstək vermək üçün Taylanda köçən və restoranda işləməyə başlayan Kaikan Kaennakam bir il əvvəl yoxa çıxıb. Ailəsi aylarla onu tapmağa çalışıb və kömək üçün Tailand səfirliyinə müraciət edib.

 

Aprelin 18-də Tailand səfirliyi Kaikanın ailəsinə Salmaniya Tibb Kompleksi meyitxanasında qadın meyitinin tapılması barədə məlumat verib. Ailə üzvləri modelin ayağındakı döymə sayəsində cəsədin şəxsiyyətini müəyyən edə biliblər.

 

Onun ölüm səbəbi ilə bağlı araşdırmalara başlanılıb.

 

Ülkər Abdurahmanlı

Seçilən
16
2
Mənbələr
Şərh ()
Bağla