AZ

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Azərbaycan və qırğız xalqları tarix,dil və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlıdırlar.Qırğızıstan prezidenti Sadir Japarovun Azərbaycana növbəti səfəri dövlətlərimiz arasında münasibətlərdə yeni səfər açmaqla xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək:

"Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır.Tərəflər arasında diplomatik münasibətlər 1993 cu ildə qurulmasina baxmayaraq ilk vaxtlar intensivliyi ilə seçilmıyib.Azərbaycanin Qirğizistanda səfirliyi 2007 ci ildə,Qırğızıstanınki isə 2008-ci illərdə açılıb.Dövlətlər arası iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyil. 2023-cü ildə 10,810 mliyon dollar təşkil edib.Hər iki dövlət bir sıra mötəbər beynəlxalq,regional və subregional təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Türk Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsində münasibətlər xüsusi əhəmiyyət kəsb edir.Hazırda tərəflər arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.Prezident Əliyevin Qırğızıstana ilk dövlət səfəri 2022-ci ildə baş tutub. Hərçənd işgüzar səfərlər də olub.Qırğızıstan prezidenti Sadir Japarovun Azərbaycana növbəti səfəri dövlətlərimiz arasında münasibətlərdə yeni səfər açmaqla xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək".


BiG.Az
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla