AZ

“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO

“CÀSÀ”
Aprel ayının 18-19-20 tarixlərində “CÀSÀ” Kulinariya Mərkəzində 2-ci dəfə kulinariya üzrə çempionat təşkil olundu. Münsiflərimiz arasında Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (WACS) Kulinariya Müsabiqə Komitəsinin şirniyyat üzrə məsləhətçisi Şef Gilles Renusson, Azerbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Ceyran Əsgərova, Türkiyə Aşpazlar və Aşpazlar Federasiyasının prezidenti Şef Bayram Özrek və digər yerli və xarici şeflər iştirak etmişdir.
Çempionat 3 gün ərzində davam etdi və iştirakçılar “Ən yaxşı Aşpaz”, “Ən Yaxşı Şirniyyatçı”, “Ən Yaxşı Milli Mətbəx üzrə Aşpaz” və “Ən Yaxşı Komanda” nominasiyaları üzrə yarışdılar. Çempionatın sonunda 12 nəfər qalib seçildi və müvafiq olaraq kubok və medallar qazanıb sertifikatla təltif olundular. Bununla yanaşı qaliblər mərkəzdə "City&Guilds" London İnstitutu tərəfindən diplom proqramı üzrə ödənişsiz təhsil qazandılar. Medal kateqoriyasında yarışan iştirakçılar “CÀSÀ” Kulinariya mərkəzinin tərəfdaşları olan Kenwood, BALLİ BİSİ və "Istanbul Nişantaşı University Acun Media Academy" -dən qiymətli hədiyyələr qazandılar. Çempionatın qiymətləndirilməsi “WorldChefs” standartları əsasında həyata keçirildi. “CÀSÀ” Kulinariya Çempionatının nominasiyalar üzrə qaliblərini sizə təqdim edirik: “Ən Yaxşı Aşpaz” – Səyyad Hüseynzadə "City&Guilds" London İnstitutu aşpazlıq üzrə diplom proqramını qazandı; “Ən Yaxşı Şirniyyatçı” – Çinarə Həsənova "City&Guilds" London İnstitutu qənnadçılıq üzrə diplom proqramını qazandı; “Ən Yaxşı Milli Mətbəx üzrə Aşpaz” – Betül Hüseynli Milli Mətbəx üzrə Diplom Proqramını qazandı; “Ən yaxşı Komanda” üzrə 1-ci yer – “CÀSÀ Team” 3000 AZN pul mükafatı qazandı ; “Ən yaxşı Komanda” üzrə 2-ci yer – “HYATT Team” 2000 AZN pul mükafatı qazandı: “Ən yaxşı Komanda” üzrə 3-cü yer – "RATATOUILLE" Team 1000 AZN pul mükafatı qazandı Aşpazlıq kateqoriyası üzrə Medal qazanan Zivər İbrahimova "Istanbul Nişantaşı University Acun Media Academy" -dən “Pro Chef” proqramı üzrə ödənişsiz təhsil qazandı. Şirniyyatçılıq kateqoriyası üzrə Medal qazanan Həsən Abbasov "BALLİ BİSSİ" -dən 1000 AZN dəyərində yerli texnika mağazalarının birindən HƏDİYYƏ KUPONU qazandı. Əlavə olaraq qeyd etmək istərdik ki, mərkəzdə keçirilən bu kimi tədbir və çempionatları hər kəs sərbəst şəkildə gəlib izləyə bilər. “CÀSÀ” Kulinariya çempionatlarında iştirak edib kulinariya sirlərini öyrənə və özünüzü bu sahədə inkişaf etdirə bilərsiniz. Onu da qeyd edək ki, “CÀSÀ” Kulinariya Mərkəzi 3 ildir ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində mərkəzin tələbələri beynəlxalq yarışlarda böyük nəticələr əldə ediblər: - Tələbələrdən biri olan Leyla Vəliyeva 10-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında (YCO) Azərbaycanı təmsil etmiş, Qızıl Triumf və Qızıl Medal qazanmışdır; - “WorldSkills Müsabiqəsi 2022” iştirakçısı və “CÀSÀ” -nın tələbəsi Emil Zeynalzadə 9-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında (YCO) Azərbaycanı təmsil etmiş, Qızıl Triumf və Qızıl Medal qazanmışdır; - "WorldSkills Müsabiqəsi 2023-cü il Xüsusi Buraxılışında" isə digər tələbə Kamal Ağayev ölkəni Fransada təmsil etmək hüququ qazanmışdır. Başda çempionatın qalibləri olmaqla bütün iştirakçıları təbrik edir, gələcək karyeralarında müvəffəqiyyətlər arzu edirik! Qeyd etmək istəyirik ki, növbəti “CÀSÀ” Kulinariya Çempionatı 2025-ci ildə təşkil olunacaq. Ətraflı məlumat əldə etmək istəyirsinizsə 0502507632 ilə əlaqə saxlamağınız yetərlidir. Qeyd edək ki, “CÀSÀ” Azərbaycanda və MDB ölkələrində İngiltərə təşkilatı tərəfindən akkreditə olunmuş, kulinariya sahəsində beynəlxalq diplom verən ilk və yeganə kulinariya mərkəzidir. Mərkəzdə xarici ölkələrin məşhur kulinariya institutlarında təcrübəsi olan peşəkar aşpaz müəllimlər tədris edir. Reklam hüququnda
Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla