AZ

Naxçıvanda yeni nazir müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub.

Valyuta.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Fərid Talətdin oğlu Bağırzadə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası nazir müavini Fərid Bağırzadəyə həvalə edilib.

Qeyd edək ki, indiyədək Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Ceyhun Cəlilov bu gün Naxçıvan MR-in Baş naziri təyin olunub.

Seçilən
20
17
Mənbələr
Şərh ()
Bağla