AZ

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə 2016-cı ilin aprelin 21-də Azərbaycan Prezidenti imzaladığı sərəncamla Sahibkarlar Gününü təsis etdi. 


Bəs hazırda ölkəmizdə nə qədər sahibkar var?


Sfera.az xəbər verir ki, 2024-cü ilin aprelin 1-nə olan məlumata əsasən, 1 milyon 525 minə yaxın sahibkar var. Onların 188 mindən çoxu hüquqi şəxs statusu olan, 1 milyon 341 mini isə fərdi sahibkardır. 


Hüquqi şəxs statusuna sahib olan sahibkarların sayı 183 676 olub. Bu sahibkarların 169 587-si, yəni 92,3 faizi mikro sahibkarlıq subyektidir. 


Sahibkarların 9 718-i kiçik, 3 589-u orta, 782-si isə iri sahibkarlıq subyektidir. 


Hüquqi şəxs qismində fəaliyyət göstərən sahibkarlar arasında ticarət sahəsini seçəklərin sayı daha çoxdur. 


Sahibkarların çoxu isə fərdi sahibkarlardan ibarətdir. Fərdi sahibkarların 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil edir. Fərdi sahibkarların 37,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 19,2 faizi ticarət, 11 faizi nəqliyyat sahəsində fəaliyyət göstərir. 


Vasif

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla