AZ

Gürcüstanlı mütəxəssis “Qəbələ”dən gedə bilər

“Qəbələ” klubu gürcüstanlı mütəxəssislə bağlı qərarını mövsümün sonunda verəcək.

Oxu.az-a bu barədə “Qəbələ” futbol klubunun mətbuat katibi Asəf Zeynallı məlumat verib.

“Kaxaber Tsxadadzenin “Qəbələ” ilə ilyarımlıq müqaviləsi var. Mövsümün bitməsinə isə hələ beş tur qalıb. Mövsümün sonunda baş verəcək hadisələr barədə indi nəsə demək olmaz, amma yekun qərar liqa bitdikdən sonra veriləcək”, - mətbuat katibi qeyd edib.

Qeyd edək ki, Kaxaber Tsxadadze fevralın 25-dən etibarən “Qəbələ” klubunu çalışdırır.

Anar Həsənov

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla