AZ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İtalMilan gecə vaxtı yeməklərin satışını qadağan edən qanun tətbiq etməyi planlaşdırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər ki, məhdudiyyətlər pizza, dondurma və digər yeməklərə təsir edəcək.

Layihə gecə saatlarında Milanın küçələrində səs-küy salan vətəndaşlarla mübarizə aparmaq məqsədi daşıyır. Qadağanın may-noyabr aylarında iş günləri saat 00:30-dan, istirahət günləri isə saat 01:30-dan etibarən qüvvədə olacağı gözlənilir.

Bildirilir ki, şəhər sakinlərinin apellyasiya şikayəti vermək və qanuna dəyişiklik təklif etmək üçün bir neçə günü var. Məlum olub ki, 2013-cü ildə şəhər rəhbərliyi artıq oxşar məhdudiyyət tətbiq etməyə çalışıb, lakin bələdiyyə binası yaxınlığında mitinq təşkil edən dondurma istehsalçılarının etirazından sonra ondan imtina edib.

Gülayə Mecid

Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla