AZ

Cüzeppe Marotta “İnter”in yaxın gələcəyə planlarını açıqladı

Cari mövsümün İtaliya çempionu “İnter”in baş direktoru Cüzeppe Marotta “neradzurri”nin yaxın gələcəyə planları haqda açıqlama verib.

Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis klubun, aparıcı oyunçularını saxlamaq planlarından danışıb və həmçinin növbəti mövsüm üçün heyətin tərkibi ilə bağlı dəlilərini paylaşıb:

“Həmişə olduğu kimi, əlimizdən gələni edəcəyik. Qeyri-rəsmi olaraq, biz artıq iki futbolçu (Mehdi Taremi və Pyotr Zelinski) ilə müqavilə imzalamışıq, ona görə də biz artıq həqiqətən güclü olan komandanı təkmilləşdirməyə çalışacağıq.

Amma eyni zamanda, futbolda satılmayan futbolçu yoxdur. Artıq klublar vəziyyətə nəzarət etmir: hər şey oyunçulardan asılıdır. Bununla belə, deyə bilərəm ki, bütün futbolçularımız bizimlə işləməyə davam etmək istəklərini bildiriblər, çünki “İnter” Avropanın ən yaxşı komandalarından biridir. Hansı klub daha yaxşı ola bilər?”, deyə Cüzeppe Marotta sual edib.

Xatırladaq ki, “İnter” İtaliya A Seriyasının 33-cü turunun “Milan”la səfər oyununda əzəli rəqibini Milan derbisində 2:1 hesabı ilə məğlub etməklə, erkən surətdə 20-ci dəfə İtaliya çempionu olub.

Hazırda “neradzurri” 33 oyundan 86 xalla İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. “İnter” ən yaxın təqibçisi, əzəli rəqibi “Milan”ı 17 xal qabaqlayır. “Rossoneri”nin 69 xalı var.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla