AZ

Rusiya ilə münasibətlərə fərqli BAXIŞ: “Azərbaycan onlara dəstək verməyəcək”

“Rusiyada başa düşüblər ki, Azərbaycan heç vaxt Şimali Qafqazdakı antirusiya hərakatına dəstək verməyəcək”.

Bu fikri Yenicag.az-a açıqlamasında Azərbaycanla Rusiya arasındakı isti münasibətlər fonunda müxalif düşərgənin Azərbaycanı Qərbdən uzaqlaşmaqda ittiham etməsini dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zerdust

Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiya rəhbərliyi Azərbaycanla yeni üsuldan istifadə etməli olduğunu başa düşüb.

“Qərbdən niyə uzaqlaşırıq, deyənlərin Qərbdən xəbərləri var? Qarabağ məsələsində Ermənistanın tərəfində durmuşdu. Bu fikri deyənlər istəyirlər ki, Qərblə həmin münasibətlər olsun. İndiki hakim zümrəni müxalifət zümrəsi əvəz eləsin. İndiki müxalif zümrəyə dövlət tapşırmaq olmaz. Ya eyni şey olacaq, ya da daha pis”, – deyə o vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan Qərbdən uzaqlaşmır:

“Ermənistanda ittiham edirlər ki, Azərbaycan gedib Rusiyaya yaxınlaşıb. Sual yaranır, siz Rusiyaya yaxınlaşıb, Azərbaycanın ərazisini işğal edib, vətəndaşları öldürəndə yaxşı idi, Azərbaycan Rusiya ilə yaxınlaşıb, öz torpaqlarını qaytaranda pisdir?”

O bildirib ki, indiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasının obyektiv səbəbləri var:

“Rusiyanın indiyə qədər Azərbaycana qarşı istifadə etdiyi siyasət iflasa uğrayıb və Rusiya rəhbərliyi başa düşüb ki, yeni üsuldan istifadə etmək lazımdır. Yeni üsul qarşılıqlı iqtisadi və siyasi maraqdır. Baxıblar ki, Azərbaycanla Rusiya arasında barışmaz ziddiyyət yoxdur. Fikir ayrılığı ola bilər, ancaq düşmənçilik üçün əsas yoxdur. Qarabağ münaqişəsi getdi tarixin səhifələrinə. Azərbaycan nə qaz, nə neft, nə taxıl, nə də ki, digər sahələrdə Rusiyaya rəqib deyil. Bizi müştərək yol layihələri maraqlandıra bilər”.

Z.Əlizadənin sözlərinə görə, Rusiya bilir ki, Şimali Qafqazdakı xalqlar Rusiyaya qarşı mübarizəyə qalxsa, Azərbaycan onlara dəstək verməyəcək:

“Rusiyada başa düşüblər ki, Azərbaycan heç vaxt Şimali Qafqazdakı antirusiya hərakatına dəstək verməyəcək”.

Səxavət Məmməd

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla