AZ

Razi Nurullayevdən MARAQLI AÇIQLAMA: “TikTok” niyə bağlansın ki?”

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden “TikTok”u ABŞ-də qadağan edə biləcək qanun layihəsini imzalayıb.

“TikTok”un sahibi olan “ByteDance” şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilib, əks halda o, ABŞ-də bloklanacaq. “TikTok” qanuna məhkəmə çərçivəsində etiraz edəcəyini bildirib.

Maraqlıdır, oxşar addımı Azərbaycanda da atmaq mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Razi Nurullayev bildirib ki, Azərbaycan və ABŞ-nin “TikTok”a yanaşması arasında çox böyük fərq var:

“ABŞ-nin “TikTok”la bağlı müxtəlif narahatlıqları var. Çin və ABŞ arasındakı məsələlər də bu mövzuda rol oynayır. ABŞ-nin verdiyi qərar Azərbaycan üçün keçərli deyil. ABŞ öz maraqlarını, bazarını qorumaq üçün bu adddımı atır.

Azərbaycanda əxlaqi məsələlərə görə ölçü götürülə bilər.

Sosial şəbəkələrin bir çoxunda qeyri-əxlaqi davranışlara rast gəlmək mümkündür. Sadəcə nəzarəti gücləndirmək lazımdır. Məsələn, süni intellektdən istifadə edərək təhqirləri filtrləmədən keçirmək olar.

Ancaq ümumilikdə “TikTok”un bağlanmasını məqbul hesab etmirəm və inanmıram ki, dövlətimiz bu addımı atsın. Platformanın məzmumuna, mahiyyətinə düzəlişlər etmək olar. Azərbaycan tələb edə bilər ki, “TikTok”un nümayəndəsi ölkəmizdə otursun. Müəyyən məsələlərdə həmin şəxslər daha tez müdaxilə edib bilərlər. Tək “TikTok” yox, hər bir şəbəkənin nümayəndəsinin Azərbaycanda olmağını istərdim.

“TikTok” niyə bağlansın ki?

Azərbaycanda əxlaqsız hərəkət edən şəxslərlə bağlı addımlar atılır, onlardan bəziləri 30 sutkalıq həbs cəzasına məhkum ediliblər. Bu cür tədbirlər davam edəcək. İnzibiati tədbirlər olmalıdır ki, başqalarına da dərs olsun”.

Məhərrəm Əliyev, Bizim.Media

Seçilən
98
50
Mənbələr
Şərh ()
Bağla