AZ

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – Siyahı

Bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakın girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2024-cü ilin yanvar-mart aylarının statistikasına nəzər yetirək.

Banker.az xəbər verir ki, bu ilin birinci rübündə ölkəmizdə 16.537 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2023-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə 1.177 ədəd və ya 6,6% azdır.

Ən çox girov qoyulan daşınmaz əmlaklar

Azərbaycanda girov qoyulan əmlaklar arasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2024-cü ilin yanvar-mart ayları ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.

Daşınmaz əmlak növləri üzrə  ipoteka müqavilələri 

Əmlak növləriMüqavilə sayıÜmumi göstəricidə payı (faizlə)
Mənzil824949,9%
Torpaq sahəsi423525,6%
Fərdi yaşayış evləri247915,0%
Qeyri-yaşayış sahələri5343,2%
Qeyri-yaşayış binaları5273,2%
Bağ evləri3232,0%
Digərlər1901,1%
Ümumi16537100,0%

 

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb

2024-cü ilin birinci rübü yanvar-mart ayları ərzində Bakıda 8.244  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 49,8%-ni təşkil edir. Paytaxtdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (1.812 müqavilə), 2 saylı Sumqayıt (1.350 müqavilə), 5 saylı Xaçmaz (899 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (674 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.

İpoteka müqavilələrinin sayına görə ərazi idarələri

Sıra №Ərazi idarələriİpoteka müqaviləsinin ümumi sayıÖlkə üzrə göstəricidə payı

(faizlə)

1.1 saylı Bakı Ərazi İdarəsi824449,9%2.4 saylı Abşeron Ərazi İdarəsi181211,0%3.2 saylı Sumqayıt Ərazi İdarəsi13508,2%4.5 saylı Xaçmaz Ərazi İdarəsi8995,4%5.3 saylı Gəncə Ərazi İdarəsi6744,1%6.7 saylı Bərdə Ərazi İdarəsi5563,4%7.10 saylı Lənkəran Ərazi İdarəsi3722,2%8.13 saylı Şirvan Ərazi İdarəsi3312,0%9.17 saylı Yevlax Ərazi İdarəsi3131,9%10.9 saylı Qəbələ Ərazi İdarəsi3101,9%11.11 saylı Şəmkir Ərazi İdarəsi2871,7%12.15 saylı Tovuz Ərazi İdarəsi2871,7%13.12 saylı Şəki Ərazi İdarəsi2621,6%14.6 saylı Beyləqan Ərazi İdarəsi2461,5%15.14 saylı Şamaxı Ərazi İdarəsi1701,0%16.8 saylı Cəlilabad Ərazi İdarəsi1651,0%17.18 saylı Zaqatala Ərazi İdarəsi1490,9%18.16 saylı Ucar Ərazi İdarəsi1100,7%Ölkə üzrə16537100.0%

 

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2024-cü ilin yanvar-mart ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 90,7%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (3 müqavilə), 14 saylı Şamaxı (3 müqavilə) və 11 saylı Şəmkir (6 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələri

(faizlə)

Sıra №Ərazi idarələriİpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı
1.1 saylı Bakı Ərazi İdarəsi602373,0%
2.4 saylı Abşeron Ərazi İdarəsi99512,1%
3.2 saylı Sumqayıt Ərazi İdarəsi4625,6%
4.3 saylı Gəncə Ərazi İdarəsi2453,0%
5.10 saylı Lənkəran Ərazi İdarəsi2112,6%

 

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar

2024-cü ilin yanvar-mart ayları ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ölkə regionlarında fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 7 saylı Bərdə, 3 saylı Gəncə və 5 saylı Xaçmaz ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələri

(faizlə)

Sıra №Ərazi İdarələriİpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı
1.1 saylı Bakı Ərazi İdarəsi65326,3%
2.4 saylı Abşeron Ərazi İdarəsi37315,0%
3.7 saylı Bərdə Ərazi İdarəsi2459,9%
4.3 saylı Gəncə Ərazi İdarəsi2098,4%
5.5 saylı Xaçmaz Ərazi İdarəsi1616,5%

 

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 2 saylı Sumqayıt və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 10 saylı Lənkəran (39 müqavilə) və 16 saylı Ucar (46 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri

(faizlə)

Sıra №Ərazi idarələriİpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı
1.5 saylı Xaçmaz Ərazi İdarəsi68416,2%
2.2 saylı Sumqayıt Ərazi İdarəsi68316,1%
3.1 saylı Bakı Ərazi İdarəsi66015,6%
4.4 saylı Abşeron Ərazi İdarəsi3678,7%
5.7 saylı Bərdə Ərazi İdarəsi2435,7%

 

 

 

Seçilən
64
2
Mənbələr
Şərh ()
Bağla