AZ

Ançelotti futbolçularını necə aldadıb?

"Real"ın yarımmüdafiəçisi Toni Kroos komandanın baş məşqçisi Karlo Ançelotti barədə maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, italyan mütəxəssisin "Malyorka" ilə oyundan (1:0) əvvəl futbolçuları aldatması ilə bağlı gülməli əhvalat danışıb:

"Keçən həftə "Malyorka" ilə oyundan əvvəl bizə dedi ki, qələbə qazansaq, çempion olacağıq. Qələbə qazanmaq çətin idi, amma bacardıq. Matçdan sonra dedi ki, sizə yalan danışdım, gələn həftə qalib gəlsək, o zaman çempion olacağıq”.

Qeyd edək ki, "Real" çempionatın bitməsinə 6 tur qalmış ikinci yerdə qərarlaşan "Barselona"nı 11 xal qabaqlayır. “Los Blankos” növbəti turda da" vaxtından əvvəl çempion ola bilməyəcək. Bu o deməkdir ki, Ançelotti futbolçularını aldatmağa davam edir.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla