AZ

Parlament seçkiləri qapının ağzında: Dəqiq tarix açıqlandı

Konstitusiyaya əsasən, noyabrda keçirilməli olan parlament seçkilərinin vaxtından öncə baş tutması ehtimalları getdikcə ciddiləşir. Belə ki, artıq bir neçə siyasi partiya parlament seçkiləri ilə bağlı hazırlıqlara başlayıb. Güman olunur ki, COP29 tədbiri ilə əlaqədar parlament seçkiləri yayın sonuna doğru keçirilsin. Bu iddialarla bağlı fikirlər artıq bir sıra ciddi dairələrdə də öz əksini tapır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Elşad Musayev bildirib ki, seçkilərin yayda, daha dəqiq desək iyulda baş tutması ehtimalı böyükdür: 

“Parlament seçkiləri konstitusiyaya görə noyabrın ayının 3-də keçirilməlidir. Ancaq ehtimallar var ki, bununla bağlı seçkilər qeyd edilən vaxtdan tez keçirilsin. Belə olan halda parlament özünü buraxmalıdır və seçkilər bu halda keçirilə bilər. Fikrimcə, seçkilər təqribən iyul ayında baş tutacaq. Siyasi partiyanın borcu isə təbii olaraq, seçkilərdə iştirak etməkdir”. 

Elşad Musayev Böyük Azərbaycan Partiyası olaraq, növbəti parlament seçkilərində iştirak edəcəklərini diqqətə çatdırıb: 

“Bildiyiniz kimi, fevral ayının 7-də növbədənkənar prezident seçkiləri keçirildi və partiyaların əksəriyyətindən fərqli olaraq, Böyük Azərbaycan Partiyası bu seçkilərdə iştirak etdi. Hesab edirəm ki, biz həmin seçkilərdə iştirak etməklə doğru qərar verdik. Bu partiyanın elektoratlarının artımı və möhkəmlənməsi üçün vacibdir. Qarşıda gələn parlament seçkilərində də iştirak etməyi planlaşdırırıq. Bununla bağlı müxtəlif araşdırma və təşkilati işlər həyata keçirir. Bu seçkilərdə də Böyük Azərbaycan Partiyası iştirak edəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla