AZ

Almaniya hökuməti 2024-cü il üzrə artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya hökuməti 2024-cü ilə dair artım proqnozunu yuxarı çəkib.

Banco.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Berlində keçirdiyi mətbuat konfransında iqtisadi artımla bağlı yaz proqnozlarını açıqlayıb.

Onun sözlərinə görə, hökumətin fevral ayında 0,2 faiz olaraq açıqladığı cari il üzrə rəsmi artım proqnozu 0,3 faizə yüksəldilib.

Xatırladaq ki, alman hökuməti 2023-cü ilin noyabrında 1,3 faiz olaraq açıqladığı bu ilin artım proqnozunu fevral ayında 0,2 faizə endirmişdi. Bunun başlıca səbəbləri isə zəif qlobal tələb, geosiyasi qeyri-müəyyənlik və qeyri-adi səviyyədə yüksək inflyasiya idi.

Almaniya hökuməti 2025-ci ildə isə iqtisadiyyatın 1 faiz artacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla