AZ

Daha bir qrup etirazçı saxlanıldı - Ermənistandan VİDEO

Ermənistanda daha bir qrup etirazçı saxlanılıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, polis “Vətən naminə Tavuş” təşəbbüsünün fəallarını saxlayıb. Saxlanılanlar arasında politoloq Suren Petrosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyanın da olduğu qeyd edilir.

Məlumata görə, onlar Qazaxın Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək kəndlərində etirazlarda iştirak etdikləri üçün saxlanılıblar.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla