AZ

Polşa öz ərazisində nüvə silahı yerləşdirməyi müzakirə edir

Avropanın təhlükəsizliyinin təmin edilməsində cəbhə xətti kimi qəbul olunmağa başlayan Polşa öz ərazisində nüvə silahının yerləşdirilməsi məsələsini müzakirə edəcək.

Editor.az xəbər verir ki, bu yaxınlarda NATO-nun şərq cinahını gücləndirmək qərarına gələrsə, öz ərazilərində nüvə silahı yerləşdirməyə hazır olduqlarını bildirən Polşa prezidenti Anjey Duda Baş nazir Donald Tusku mayın 1-də ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı iclas keçirməyə dəvət edib.

Polşa prezidentinin Tuskun ölkəsini NATO Nüvə Proqramına (Nuclear Sharing) daxil etməsi ilə bağlı açıqlamalarından sonra Duda ilə görüşmək istəyən Tuskun prezidenti bu cür açıqlamalar verməyə sövq edən səbəbləri öyrənmək istədiyi iddia edilsə də, Duda jurnalistlərə açıqlamalar verib: “Bildiyiniz kimi, mənim ABŞ-a səfərim zamanı siyasətçilər və jurnalistlərlə söhbət zamanı Polşanın NATO-nun nüvə proqramına daxil olması ehtimalı və bu məsələ ilə bağlı mövqeyim gündəmə gəldi. Tusk bu mövzuda mənimlə görüşmək və danışmaq istədiyini söylədi, mən də təbii ki, hazır olduğumu bildirdim”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla