AZ

"Neftçi" Rusiyada turnirdə iştirak edəcək

"Neftçi"nin U-11 komandası Rusiyada beynəlxalq turnirdə iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, turnirdə "Dinamo-Moskva", "Spartak-Moskva", ÇSKA, "Krasnodar", "Dinamo-Minsk" (Belarusiya), "Kayrat" (Qazaxıstan), "Neftçi" (Azərbaycan) və "Dustlik" (Özbəkistan) iştirak edəcək.

Moskva "Dinamo"sunun meydançalarında keçiriləcək turnir 2-4 mayda olacaq.
Seçilən
22
Mənbələr
Şərh ()
Bağla