AZ

“Daima komandanın yanındayıq” – “Sektor-85” “Araz-Naxçıvan” haqda

“Araz-Naxçıvan”ın azarkeş qrupunun “Səbail”lə oyunda tribunaya gec gəlməsi maraq doğurdu.

Söhbət Muxtar Respublika təmsilçisinin “Sektor-85” azarkeş qrupundan gedir. Bunun səbəbini öyrənmək üçün azarkeş qrupunun rəhbəri Əhməd Manafovla danışdıq:
“Yollar bağlı idi. Metronun “Koroğlu” stansiyası tərəfdə nəqliyyatın durumu iflic olmuşdu. Buna görə də tıxaca düşdük və gecikdik. Başqa qeyri-adi heç nə yoxdu. Daima komandanın yanındayıq”.

KAMAL SƏFƏR
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla