AZ

AP deputatları Azərbaycan rəsmilərinə sanksiya tətbiq olunmasını istəyirlər – Qətnamə


Bu gün – aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat dərc olunub.
Bildirilib ki, Avropa Parlamentinin deputatları Azərbaycanı 2023-cü ilin dekabrında həbs edilmiş hüquq müdafiəçisi İlhamiz Quliyevi və bütün digər siyasi məhbusları, o cümlədən Aİ və digər ölələrin vətəndaşlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.
“Onlar Azərbaycan hakimiyyətini siyasi iqtisadçı və müxalifətçi Qubad İbadoğluna qarşı bütün ittihamları götürməyə, həmçinin ölkə xaricinə çıxışı ilə bağlı qadağanı ləğv etməyə, aprelin 22-də ev dustaqlığına buraxıldıqdan sonra onun müstəqil tibbi yardım almasını təmin etməyə çağırırlar”, - qətnamədə deyilir.
Qeyd olunub ki, Avropa Parlamentinin deputatları Azərbaycanda davam edən insan hüquqları pozuntularının COP-29-a ev sahibliyi edən ölkə ilə uyğun təşkil etmədiyini hesab edirlər:
“Onlar Komissiyanın Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxmasını istəyirlər. Avropa Parlamentinin deputatları gələcək tərəfdaşlıq sazişinin bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə şərtləndirilməsində israrlıdırlar və ciddi insan haqları pozuntularına yol vermiş Azərbaycan rəsmilərinə qarşı Aİ-nin sanksiyalarına çağırışlarını təkrarlayırlar”.
Qətnamə 474 lehinə, 4 əleyhinə və 51 bitərəf olmaqla qəbul edilib.
Seçilən
107
39
Mənbələr
Şərh ()
Bağla