AZ

Elmira Süleymanova ilə vida mərasimi başa çatıb - YENİLƏNİB

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.

Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

E.Süleymanovanın cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.

O, aprelin 25-də uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

Seçilən
26
12
Mənbələr
Şərh ()
Bağla