AZ

Qrimaldo La Liqada forma geyinmək istəyir

"Bayer"in futbolçusu  Alexandro Qrimaldo gələcəyi barədə danışıb.

Futbolpress.az "Marca"ya istinadən xəbər verir ki, o gələcəkdə La Liqada çıxış etmək istədiyini deyib:

"Gələcəkdə La Liqada oynamaq istərdim, çünki İspaniya mənim vətənimdir".

28 yaşlı futbolçu karyerasına "Barselona"da başlayıb, lakin o, heç vaxt əsas komandada forma geyinə bilməyib.

Onun komanda ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

Qrimaldo 44 matçda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla