AZ

Azərbaycan təhsil sahəsində əməkdaşlığa çox böyük önəm verir - İlqar Orucov

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev İtaliya-Azərbaycan Unuversitetinin açılacağını da bildirib.

Xatırladaq ki, hazırda Bakıda Fransa-Azərbaycan Universiteti (UFAZ) fəaliyyət göstərir.

Belə birgə universitetlərin fəaliyyəti Azərbaycan təhsilinə hansı töhfə verir?

Birgə təhsil müəssisələri ilə bağlı suallarımızı cavablayan təhsil eksperti İlqar Orucov qeyd etdi ki, ADA Universitetində keçirilən beynəlxalq forum zamanı cənab Prezident çox mühüm məsələlərə toxundu:

“Hesab edirəm ki, beyin mərkəzlərinin rəhbərlərinin, nümayəndələrinin, ziyalıların qatıldığı bu tədbirdə cənab Prezident həm ölkəmiz, həm də dünyada gedən proseslərlə bağlı çox mühüm mesajlar verdi. Əlbəttə ki, burada ölkələr arasındakı münasibətlər, Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət Azərbaycanın inkişafına hədəflənib. Beynəlxalq forum zamanı Azərbaycanda İtaliya- Azərbaycan Universitetinin açılacağı ilə bağlı məqama da toxunuldu. Artıq xeyli zamandır ki, Azərbaycan-İtaliya Universitetinin yaradılması ilə bağlı siyasi iradə ortadadır. Aprelin 2-də  ADA Universiteti kampusunda İtaliya Azərbaycan Universitetinin təməlqoyma mərasimi həyata keçirilib. İtaliya Azərbaycan Universiteti ADA Universitetinində praktiki fəaliyyət göstərəcək”.

Təhsil ekperti qeyd etdi ki, universitetin yaranmasına İlham Əliyev təşəbbüs göstərib:

“İtaliya Azərbaycan Universiteti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Bununla bağlı razılıq 2020-ci ildə cənab Prezidentin İtaliyaya səfəri zamanı əldə olunub. Universitetin yaradılması iki ölkənin arasında mövcud olan iqtisadi, siyasi, mədəni, elm və təhsil sahəsində olan münasibətlərin növbəti təzahürüdür. Azərbaycan ümumilikdə təhsil sahəsində əməkdaşlığa çox böyük önəm verir”.

İlqar Orucov bildirdi ki, bu təhsil müəssisələrinin yaradılması dövlətlərarası münasibətlərin inkişafına hədəflənib:

“Bu universitetlərin yaradılması Azərbaycanda elm və təhsilin  inkişaf etməsinə, ölkəmizin ümumi inkişafına, təhsillə bağlı dövlətlərarası münasibətlərin qurulması və inkişaf etdirilməsi məhz buna hədəflənib. Hazırda ölkədə  çox vacib əhəmiyyət kəsb edən sahələr mövcuddur. Aqrar, Qida sənayəsi, Memarlıq və şəhərsalma, Müasir texnologiyalar, Dizayn sahələri üzrə ixtisasların olacağı ilə bağlı artıq universitetin formalaşma işlərinə start verilib”.

Həmsöhbətimiz vurğuladı ki,  Azərbaycan öz inkişafında, elmə və təhsilə hər zaman əhəmiyyət verib:

“Bu da üstünlükdə Azərbaycan xalqının ümumi intellektual səviyyəsinin, dövlətinin həyata keçirdiyi siyasətin göstəricisidir. Yəni biz bizim gizli işimiz yoxdur. Azərbaycan İtaliya Universitetində həm azərbaycanlılar, həm də dünyanın fərqli ölkələrindən gələn tələbələr təhsil alacaq. Bununla da , universitet ümumi bəşəriyyətə xidmət edəcək. Eyni zamanda, hazırda ölkədə  fərqli ölkələrdən birgə universitetlər fəaliyyət göstərir. Azərbaycan Fransa Universiteti də bu məqsədə xidmət edir. Azərbaycan qabaqcıl təcrübələri mənimsəməkdə, eyni zamanda öz təcrübəsini paylaşmağa açıqdır”.

Emin ŞİRVANZADƏ

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla